"Əvvəllər bizə qarşı qapı qarşısında avtobus qoyurdular" Sabiq baş məşqçi

"Mançester Yunayted"in keçmiş baş məşqçisi Lui Van Qaal sabiq klubu haqda maraqlı fikirləri ilə diqqət mərkəzinə düşüb.  O, komandanın Mourinyonun rəhbərliyi altında daha çox müdafiədən oynadığını bildirib.

Newsport.az xəbər verir ki, hollandiyalı çalışdırıcı İngiltərənin "The Sun" nəşrinə verdiyi müsahibəsində bildirib ki, "siz məndən "Yunayted" haqda soruşsanız , əminliklə çətin vəziyyətlərində ən yaxşı mövsümlərini keçirdiklərini deyərəm. Komanda yaxşı çıxış edir. Lakin bu tərz oyunu İngiltərədə sevmirlər. Mənə maraqlı olan odur ki, indi Mourinyonu tənqid edən yoxdur. Halbuki onun futbolu daha darıxdırıcıdır. Əvvəllər bizə qarşı qapı qarşısında avtobus qoyurdular. Ancaq hal-hazırda buna ehtiyac yoxdur. Belə ki, Mourinyonun özü bunu edir". 

Qeyd edək ki, 66 yaşlı mütəxəssis 2014-2016-cı illər mövsümündə "Mançhester Yunayted"i çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right