Kamran Ağayevsiz "Boleslav" məğlub oldu

Futbol üzrə Çexiya çempionatında 14-cü turun oyunları başa çatıb. 

Newsport.az xəbər verir ki, millimizin də şərəfini qoruduğu qapıçı Kamran Ağayevin çıxış etdiyi “Mlada Boleslav” növbəti matçına çıxıb. Onlar doğma azarkeşlər önündə “Bohemians”la üz-üzə gəlib. Kamranın komandası meydanı  məğlubiyyətlə tərk edib.(1-2)

Xatırladaq ki, Ağayev bu görüşün iştirakçısı olmayıb. 31 yaşlı qapıçımız ötən tur qırmızı vərəqə aldığı üçün bu görüşü buraxmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, geridə qalan turlarda 17 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 9-cu pillədə qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right