"Çelsi" azarkeşləri Bakayokodan narazıdı

"Çelsi" azarkeşləri yay transfer pəncərəsində "Monako"dan 45 milyon avroya transfer edilən Temue Bakayokadan narazıdılar.

Newsport.az xəbər verir ki, buna səbəb oyunçunun verdiyi sözünün üstündə durmamasıdır.

Belə ki, 23 yaşlı yarımmüdafiəçi Premyer Liqada ilk qolunu vurduqdan sonra saçlarını mavi rəngə boyayacağını bəyan etmişdi. Bu sözlərdən sonra fransız futbolçu "Kristal Pelas"a qol vurmuşdu. Ancaq Bakayoko "Roma" və "Uotford"la oyunlara ənənəvi saç stili ilə çıxıb. Bunu London klubunun azarkeşləri qəbul etməyib və sözünün üstündə durmayan Bakayokonu sosial şəbəkə hesablarında tənqid ediblər.

Qeyd edək ki, Bakayoko ÇL-də "Çelsi" - "Qarabağ" matçında (6:0) təmsilçimizə qol vurmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right