Millimizin keçmiş üzvü qəzaya uğradı

Milli komandamızın sabiq üzvü və hazırda “Manisaspor”un futbolçusu olan Uğur Pamuk avtomobil qəzasına uğrayıb.

Newsport.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında baş verib.

Qəza nəticəsində 28 yaşlı yarımmüdafiəçinin çiynində sınıq aşkarlanıb. Pamukun 1 aydan çox yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Xatırladaq ki, millimizdə də oyun keçirən Uğur Pamuk ölkəmizin “Xəzər Lənkəran” və “Sumqayıt” klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right