Yığmamızın rəqibinin baş məşqçisi həbs edildi

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə bir qrupda yer alan Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O Nil həbs edilib.

Newsport.az-ın məlumatına görə, buna səbəb 48 yaşlı mütəxəssisin sərxoş halda avtomobil idarə etməsidi.

O, yerli polis tərəfindən saxlanılıb. Hadisə bazar günü, Edinburq yaxınlığında baş verib. O Nil oktyabrın 10-da məhkəmə önünə çıxacaq. 

Qeyd edək ki, millimiz cari seçmə mərhələdə Şimali İrlandiya yığmasına qarşı keçirdiyi hər iki oyunda məğlub olub - 0:4 və 0:1. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right