"Arsenal"da xoşbəxt olmadığı söylənilən Mesut Özilin transferi üçün "Bavariya" klubunun 30 milyon Avro pul ayırdığı söylənilib.
Newsport.az-ın məlumatına görə, İngiltərə mətbuatında iddia edir ki, "Arsenal"da xoşbəxt olmayan Mesut Özil qış transfer dönəmində klubdan ayrılacaq və "Bavariya"a transfer olunacaq. Futbolçu üçün "Bavariya"nın 30 milyon avro ayırdığını və "Arsenal" klubunun da bu təklifə müsbət cavab verəcəyi söylənilir.