Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”

“Bayern”in hücumçusu Harri Keyn komandasının Çempionlar Liqasının qalibi olmağa yaxın olduğunu düşünür.

Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ingiltərəli forvard ötən mövsüm turnirdə mübarizəni yarımfinalda dayandırdıqlarını xatırladıb:

“Bəli, həqiqətən də yaxınıq. Düşünürəm ki, ötən mövsüm hər şeyi detallar həll etdi. Çempionlar Liqasını ardıcıl iki dəfə qazanan komandaya məğlub olaraq mübarizəni dayandırdıq. Bunun heç bir utancverici tərəfi yoxdur.

İndi mövsümə Çempionlar Liqasını qazanmalı olduğumuzu düşünərək başlayırıq. Uğur əldə etməyin yolunu tapmalıyıq”.

Qeyd edək ki, "Bavariya" Liqa mərhələsinin ilk turunda “Bodo Qlimt”lə üz-üzə gələcək (10 sentyabr).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right