Azərbaycan millisi Moldovaya məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın U-17 yığması ilə beynəlxalq yoldaşlıq turniri çərçivəsində ilk oyununu keçirib. Newsport.az xəbər verir ki, Kişinyov şəhərində yerləşən “Technical Center of FAM”da keçirilən qarşılaşma Moldova millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, millimiz turnir çərçivəsində daha iki oyun keçirəcək. AFFA-ya istinadən oyunların təqvimini nəzərinizə çatdırırıq: 09.09.2026, saat 14:30 (Bakı vaxtı) Moldova U-18 – Azərbaycan U-17 “Technical Center of FAM” 11.09.2026, saat 14:30 (Bakı vaxtı) Latviya U-17 – Azərbaycan U-17 “Technical Center of FAM”



Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right