Mahir üçün yeni baş məşqçi

Polşanın “Rakuv” klubunda yeni baş məşqçi təyinatı olub. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi komanda Tomaş Kaçmareklə 3 illik müqavilə imzalayıb. Kaçmarek bu mövsümün əvvəlindən Ekstraklasa təmsilçisi “Radomyak Radom”u çalışdırırdı. Qeyd edək ki, ilk 6 turun nəticələrinə əsasən “Rakuv” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb və hələ də xal qazana bilməyib. Mahir isə bu mövsüm “Rakuv”un heyətində bütün turnirlərdə 11 oyunda 6 qol vurub. Onun aktivində 1 məhsuldar ötürmə də var.



Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right