Futzal üzrə Azərbaycan milli komandasının və "Araz-Naxçıvan"ın keçmiş baş məşqçisi Joze Alesionun yeni iş yeri bəlli olub.
Newsport.az xəbər verir ki, braziliyalı mütəxəssis karyerasını BƏƏ-də davam edəcək.
O, "Xor Fakkan" futzal klubunda çalışacaq. Klub onunla bir illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Joze Alesio da Silva 2009–2014-cü və 2017-2023-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. O, paralel olaraq “Araz-Naxçıvan”ı da çalışdırıb.