“Sabah”la oyunda yubiley və rekord

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la keçiriləcək ilk turun oyunu “Mançester Yunayted” üçün əlamətdar olacaq. Newsport.az xəbər verir ki, “Old Trafford”dakı qarşılaşmadada “mankunianlar” avrokubok rekordu qıracaq. Belə ki, bu, “qırmızı şeytanlar”ın avrokubok tarixində 300-cü görüşü olacaq. Bununla da mançesterlilər bu göstəriciyə çatan ilk İngiltərə klubu kimi tarixə düşəcək. “Mançester Yunayted” həmçinin Çempionlar Liqasının əsas mərhələsində 26-cı dəfə iştirak edəcək. Bu da İngiltərə klubları arasında ən yüksək göstəricidir. Lakin komanda 2023-24 mövsümündən sonra ilk dəfə qrup/liqа mərhələsində mübarizə aparacaq. Qeyd edək ki, sabah “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right