Salah “Trabzonspor”da rekorda imza atdı

Məhəmməd Salah Türkiyənin “Trabzonspor” klubunda rekorda imza atıb. Newsport.az xəbər verir ki, misirli hücumçu buna “Gənclərbirliyi”ni 5:0 hesabı ilə məğlub etdikləri 4-cü turun oyununda fərqlənməklə nail olub. O, Qara dəniz təmsilçisində Superliqada start heyətində meydana çıxdığı ilk üç oyunda 4 qol vuran ilk əcnəbi oyunçudur. Qeyd edək ki, Salah yay transfer dönəmində "Liverpul"dan ayrılaraq “Trabzonspor”a keçib.



Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right