Türkiyənin "Antalyaspor" klubu baş məşqçisi Bülent Korkmazla yollarını ayırıb.
Newsport.az xəbər verir ki, bu barədə 1-ci liiqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
57 yaşlı mütəxəssislə bu ilin iyunun 26-da 1 illik müqavilə imzalanmışdı. Antalya təmsilçisi 1-ci liqanın 6 oyununda 2 dəfə qalib gəlib, 4 dəfə məğlub olub. Komanda 6 xalla 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Bülənt Korkmaz 2009-10 mövsümündə Azərbaycanda “Bakı”nın baş məşqçisi olub.