PSJ tarixdə ilkə imza atmağa hazırlaşır

PSJ "Qızıl top" mükafatı tarixində yeni rekorda imza atacaq.

Newsport.az xəbər verir ki, bu barədə insayder və jurnalist Ben Ceykobs məlumat yayıb.

Bildirilir ki, 2026-cı ilin "Qızıl top" mükafatına namizədlər siyahısına Paris klubunun eyni anda 10 futbolçusu daxil ediləcək ki, bu da futbol tarixində mütləq rekorddur.

Hələlik həmin oyunçuların adları rəsmən açıqlanmayıb. "France Football" nəşri bütün kateqoriyalar üzrə yekun namizədlərin adlarını bu gün rəsmən elan edəcək.

Kişi və qadın "Qızıl top" mükafatı uğrunda hərəsinə 30 futbolçu mübarizə aparacaq. Ən yaxşı gənc oyunçu nominasiyasında 10, qadınlar arasında isə 5 namizəd yarışacaq.

Həmçinin ən yaxşı qapıçı, məşqçi və klub kateqoriyaları üzrə də iddiaçıların adları ictimaiyyətə təqdim olunacaq. Mərasimdə fərdi mükafatlarla yanaşı, xeyriyyə və sosial layihələrdə fəallıq göstərən oyunçulara "Sokratis" mükafatı da təqdim ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right