“Mançester Siti” və “Real”dan uğurlu start Yenilənib

Bu gün 2026/27 mövsümü UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib.

Newsport.az xəbər verir ki, ilk gündə 1-ci turun 6 matçı keçirilib.

“Mançester Siti” səfərdə “Portu” ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. “Real” öz meydanında “İnter”i  üstələyib - 2:1.Dortmund "Borussiya"sı isə evdə "Vilyarreal"a qalib gəlib - 3:2.

Qeyd edək ki, Azərbaycan təmsilçisi "Sabah" sentyabrın 10-da "Mançester Yunayted"in qonağı olacaq.

Xatırladaq ki, 36 komandanın mübarizə aparacağı Liqa mərhələsində 1/8-ci yeri tutanlar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanacaq. Mərhələni 25-36-cı yerdə tamamlayanlar isə Avropa kuboklarında çıxışlarını başa vuracaqlar.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 1-ci tur

8 sentyabr

20:45 “AEK” (Yunanıstan) – “LASK” (Avstriya) - 1:0

Qol: Marin, 21

20:45 “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə) - 2:3

Qollar: Vetlesen, 19, Tressoldi-pen; 61 - Makqinn, 11, Buendia, 22, Cekson, 43

23:00 “Borussiya” (Dortmund, Almaniya) – “Vilyarreal” (İspaniya) - 3:2

Qollar: Renato Veyqa, 53-avtoqol, Seri Qirassi, 80, 85-pen. - Santyaqo Mourinyo, 66, Seri Qrassi, 90+3-avtoqol

23:00 “Portu” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə) - 0:2

Qollar: Erlinq Haaland, 47, 90+1

23:00 “Lill” (Fransa) – “Betis” (İspaniya) - 2:3

Qollar: Ayase Ueda, 12, Aleksandro Ribeyro, 36; Mark Bartra, 33, 49, Troy Perrott, 53

23:00 “Real” (İspaniya) – “İnter” (İtaliya) - 2:1

Qollar: Kilian Mbappe, 14, Federiko Valverde, 23 - Karlos Auqusto, 77





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right