"Sabah" və "Mançester Yunayted" gənclərinin oyunu ona tapşırıldı

UEFA Gənclər Liqasının 1-ci turunda keçiriləcək "Mançester Yunayted" U-19 - "Sabah" U-19 görüşünə hakim təyinatları açıqlanıb.

Newsport.az xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb. Azərbaycan təmsilçisi ilə İngiltərə klubu arasında oyunu Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim FİFA referisi Simon Burdohue idarə edəcək. Ona yan xətt hakimləri kimi Maykl Qeerolf və Yonas Van Duk kömək göstərəcəklər. Dördüncü hakim isə hələlik müəyyənləşməyib.

Xatırladaq ki, sözügedən matç senyabrın 10-da Mançesterdə keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right