Mbappe Raula çatdı

“Real”ın hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqası tarixinin ən yaxşı bombardirlərinin ilk beşliyinə daxil olub. Çempionlar Liqasının Liqa mərhələsinin ilk turu çərçivəsində “İnter”ə qarşı keçirilən matçda Mbappe 14-cü dəqiqədə hesabı açıb. Hücumçu üçün bu qol turnir tarixində 71-ci olub. Mbappe ispan futbolçu Raula çatıb. Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri portuqaliyalı Kriştianu Ronaldudur – onun hesabında 140 qol var. İkinci yerdə argentinalı Lionel Messi (129), üçüncü polyak Robert Levandovski (109), dördüncü isə fransalı Kərim Benzemadır (90).



Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right