"Sabah" basketbolçusu Castin Tillmanla yollarını ayırıb.
Newsport.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Tillman 2025/2026 mövsümünün əvvəlində “Sabah”ın heyətinə qoşulub və komandanın uğurlu mövsümündə mühüm rol oynayıb.
O, “Sabah”la Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olub və ABL final seriyasının MVP-si seçilib.