"Sabah"ın rəqibi "Slaviya" futbolçusu Yussufa Sanyanqı icarəyə verib

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən Çexiyanın "Slaviya" klubu futbolçusu Yussufa Sanyanqı icarəyə verib. Newsport.az xəbər verir ki, bu barədə Praqa təmsilçisi məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək "Lişen"də çıxış edəcək. Lakin "Slaviya" oyunçunu qışda geri qaytarmaq hüququna da malikdir. Qeyd edək ki, "Sabah" - "Slaviya" oyunu oktyabrın 13-də Bakıda keçiriləcək.



Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right