“Ştutqart” onu 50 milyon avroya satmağa razıdır

“Ştutqart”ın və Almaniyanın U-21 millisinin müdafiəçisi Finn Jelç Avropanın bir sıra top-klublarının diqqətini cəlb edib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun xidmətində “Arsenal”, “Liverpul”, “Mançester Yunayted” “Bayern” və “Yuventus” maraqlıdır.

“Ştutqart” isə Jelçin satışından təxminən 50 milyon avro qazanmaq istəyir.

Almaniyalı futbolçu cari mövsümdə Bundesliqada iki oyunda meydana çıxıb, bir məhsuldar ötürmə verib. Onun “Ştutqart”la müqaviləsinin müddəti 2030-cu il iyunun sonuna qədərdir. Müdafiəçinin hazırkı bazar dəyəri isə 35 milyon avro qiymətləndirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right