Xaricdə yaşayan və futbol oynayan bütün azərbaycanlı futbolçuların nəzərinə

AFFA Azərbaycan futbolunun inkişafına töhfə vermək və xaricdə yaşayan istedadlı azərbaycanlı futbolçuların məlumat bazasını yaratmaq məqsədilə xaricdə yaşayan azərbaycanlı futbolçuları və onların valideynlərini AFFA-nın Futbolun İnkişafı Departamenti ilə əlaqə saxlamağa dəvət edir.

Newsport.az xəbər verir ki, qurumla əlaqə saxlayarkən aşağıdakı məlumatları təqdim etmək xahiş olunur:

• Ad, soyad

• Doğum tarixi (2006–2015-ci il təvəllüdlü futbolçular)

• Yaşadığınız ölkə

• Hazırda çıxış etdiyiniz klub

• Yarış səviyyəsi / liqa

• Daha əvvəl hər hansı regional, əyalət və ya milli komandaya dəvət almısınızmı? Almısınızsa, hansı komandaya?

• Hər hansı seçmə komandaya dəvət almısınızmı? Almısınızsa, hansı komandaya?

• Əlaqə nömrəsi

 Məqsədimiz Avropada yaşayan azərbaycanlı futbolçular haqqında məlumat toplamaq, onlarla əlaqə yaratmaq və gələcək layihələr çərçivəsində onların inkişafını yaxından izləməkdir.

Tələb olunan məlumatları aşağıdakı e-poçt ünvanlarına göndərə bilərsiniz:

[email protected]

[email protected]

 Və ya birbaşa WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz:

+49 163 2568351

Nicat Abadlı

Xaricdə Azərbaycan Gənclər Futbolu üzrə Koordinator

AFFA – Futbolun İnkişafı Departamenti





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right