“Sabah”ın heyətinə yeni qatdığı Karlos Eduardo klubun mətbuat xidmətinə açıqlama verib.
Newsport.az xəbər verir ki, braziliyalı forvard Azərbaycan çempionunun heyətində ilk oyuna çıxacağı anı səbirsizliklə gözlədiyini deyib:
“Salam “Sabah” azarkeşləri! Artıq mən də bu ailənin bir parçasıyam. Burada olduğum üçün çox xoşbəxtəm. Bu forma ilə ilk oyunuma çıxacağım anı səbirsizliklə gözləyirəm”.
“Sabah” Eduardonu Portuqaliyanın “Jil Visente” klubundan icarəyə götürüb. O, karyerası ərzində Braziliyanın “Bruske” (2020), Portuqaliyanın “Nasional” (U-19, 2020–2021), “Maritimu”nun B və əsas komandalarında (2021–2024), həmçinin, “Felqeyraş”da (2024–2025) çıxış edib.