Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqası üçün hədəflərindən danışıb.

Newsport.az UEFA-nın saytna istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Kataloniya klubunun turnirin qalibi olmaq üçün real şanslarının olduğunu bildirib.

“Biz həqiqətən də sona qədər irəliləyə və Çempionlar Liqasını qazana biləcəyimizə inanırıq. Bizim səviyyəmizdə olan klublar məhz belə məqsədlər üçün mübarizə aparırlar.

Kifayət qədər güclü və təcrübəli heyətimiz var. Buna görə də hər bir futbolçu öz rolunu dərk etməli və bütün turnirlərdə qələbə qazanmağa çalışmalıdır”, - deyə Flik söyləyib.

Qeyd edək ki, "Barselona" 1-ci turda bu gün "Feyenoord"la qarşılaşacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right