"Neftçi" daha bir transferə hazırlaşır.
Newsport.az xəbər verir ki, bu iddianı tanınmış "Transfermarkt" saytı ortaya atıb.
"Ağ-qaralar"ın Macarıstanın "Gyor Eto"nun üzvü Jelko Gavriçlə maraqlandığı iddia edilir. Bu keçidin baş tutub-tutmayacağı yaxın günlərdə dəqiqləşəcək.
Serbiyalı yarımmüdafiəçi "Srvena Zvezda"nın yetirməsi və sabiq futbolçusudur. 25 yaşlı vinger bununla yanaşı, “Ferentsvaroş”, “Dunayska Streda” komandalarında da çıxış edib.