Azərbaycan Kubokunda püşkatmanın vaxtı açıqlandı

Azərbaycan Kubokunda 2026/27 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, mərasim 18 sentyabr tarixində "Holiday Inn" otelinin "Baku 1" zalında baş tutacaq. Tədbir "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Saat 13:00-da başlanacaq tədbirə Peşəkar Futbol Liqasının 2026/27 mövsümü üçün akkreditasiya qeydiyyatından keçmiş media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Azərbaycan Kubokunun 2026/27 mövsümündə 34 komanda iştirak edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right