“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai, baş məşqçi Andoni İraolanın rəhbərliyi altında komandanın oyun tərzindən danışıb.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, macar futbolçu, ispaniyalı mütəxəssisin strategiyasından xoşu gəldiyini söyləyib:
“Yeni baş məşqçinin gərgin futbol tərzi var. Bu, mənim xoşuma gəlir. Keçən mövsüm bizdə məhz bu çatışmırdı. Lazımi intensivliyi bərpa edib rəqiblərdən daha çox istək göstərsək, bizi heç kim dayandıra bilməz”.
“Liverpul” Premyer Liqanın ilk 3 turundan sonra 5 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.