“Real”ın qapıçısı Tibo Kurtua Belçika millisinin heyətində Millətlər Liqasında çıxış etməyəcəyini açıqlayıb.
Newsport.az HLN-ə istinadən xəbər verir ki, 34 yaşlı qolkiper bu qərarını özü qəbul etdiyini bildirib:
“Millətlər Liqasında oynamamaq qərarına gəlmişəm. Yalnız milli komandanın baş məşqçisinin zədələrlə bağlı problemləri yaranarsa, istisna olaraq məni çağıra bilərlər. Bu, həmçinin mümkün “dördlər finalında” da oynamayacağım deməkdir.
Mən Avropa çempionatının seçmə mərhələsinin oyunlarında hazır olacağam. Bu, van Bommel üçün uyğundur, lakin o, mənə əsas heyətdə yerimi təmin edə bilməyəcəyini deyib. Millətlər Liqasında çıxış edən qapıçı özünü yaxşı göstərsə, van Bommel onu oynatmağa davam edə bilər. Lakin mən yerim uğrunda mübarizə aparmaq istəyirəm. Yenidən əsas qapıçı ola biləcəyimi sübut etmək istəyirəm”.
Qeyd edək ki, Belçika millisi Millətlər Liqasının qrup mərhələsində İtaliya, Fransa və Türkiyə ilə qarşılaşacaq.