“Neftçi” “Feyenoord”un yetirməsini gətirir

Niderlandın U-19 millisinin sabiq futbolçusu Maruan Azarkan karyerasını Azərbaycanda davam etdirməyə yaxındır. Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçu “Neftçi”yə keçmək üzrədir. Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubundan ayrılan Mərakeş əsilli sağ vinger hazırda klubsuzdur. “Neftçi” Azarkanla danışıqları davam etdirir. Lakin hələlik konkret razılıq əldə olunmayıb. “Ağ-qaralar”ı bu məsələdə arxayınlaşdıran yeganə məqam futbolçuya başqa rəsmi təklifin olmamasıdır. Qeyd edək ki, Maruan Azarkan “Əl-Nəsr”ə 2024-cü ildə “Utrext”dən 1 milyon avroya keçmişdi. O, “Feyenoord”un yetirməsidir.



Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right