"Xetafe"nin qapıçısı David Soriya start heyətində ardıcıl keçirdiyi oyunların sayına görə mütləq rekorda imza ataraq La Liqa tarixinə düşüb.
Newsport.az xəbər verir ki, bu barədə İspaniya liqasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İspaniya çempionatının IV turu çərçivəsində "Selta"ya qarşı keçirilən qarşılaşma (1:1) "tünd-göylər"in qapıçısının seriyasını 193 matça çatdırıb. O, "Real Sosyedad"ın sabiq yarımmüdafiəçisi Xuan Antonio Larranyaqanın 1992-ci ildən bəri qorunan rekordunu (192 oyun) geridə qoyub.
Qeyd edək ki, David Soriya 2018-ci ildən "Xetafe"də çıxış edir. Bu müddət ərzində o, komandanın heyətində 304 oyuna çıxıb, 329 qol buraxıb və 100 matçda qapısını toxunulmaz saxlayıb. 33 yaşlı ispaniyalı qapıçının komandası növbəti oyununu sentyabrın 13-də "Deportivo"ya qarşı keçirəcək.