"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil futbolçu karyerasını Almaniyada davam etdirə bilər.
Newsport.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Bavariya" 25 yaşlı oyunçunu qış transferi pəncərəsində heyətinə cəlb etməyi planlaşdırır.
Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiolanın Məsutun oyunlarını izlədiyi bildirilib.
"Bavariya"yanın qış transfer pəncərəsində "Arsenal"a təklif göndərəcəyi və bu təklifin İngiltərə təmsilçisi tərəfindən müsbət qarşılayacağı iddia edilir.