“Əl-Nəsr”in hücumçusu Joao Feliksin gələcəyi ilə bağlı qərar yayda Səudiyyə Ərəbistanı klubunun rəhbərliyindən asılı olacaq.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 2025-ci ildə imzalanmış müqavilənin şərtlərinə əsasən, “Əl-Nəsr” portuqaliyalı futbolçunun komandadan ayrılması ilə bağlı qərarını iyunun 1-dək bildirməlidir.
“Əl-Nəsr” əməkdaşlığı davam etdirməmək qərarına gəlsə, 27 yaşlı forvard keçmiş klubu “Çelsi”yə qayıda bilər. Klub Feliksin komandada qalmasına qərar verərsə, müqavilənin müddəti avtomatik olaraq daha iki mövsüm uzadılacaq. Bu halda “Çelsi”yə əlavə 20 milyon avro ödəniləcək.