“Milan”ın qeyri-sabitliyi keçmiş futbolçunu təəccübləndirir" “Milan”ın sabiq futbolçusu

“Milan”ın sabiq futbolçusu Roberto Donadoni komandanın bu mövsümdəki çıxışını dəyərləndirib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Milan komandasında qeyri-sabitliyin olduğunu bildirib:

“Deməliyəm ki, liqadakı mövqeyimiz şübhəsiz ki, yaxşıdır, hətta əla olduğunu deyə bilərəm. Bəlkə də, sabitliyin müəyyən qədər çatışmaması səbəbindən hələ tam olaraq əsl simamızı tapa bilməmişik. Bəzən ən yüksək səviyyədə oynayırıq, ardınca isə eniş yaşayırıq. Düzü, bu cür qeyri-sabitlik bir az təəccüblüdür. Buna baxmayaraq, ümid edirəm ki, A Seriyasında eyni ruhla çıxış etməyə davam edəcəyik”.

“Milan” hazırda A Seriyasında 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right