Kvaratsxeliya “İlin adamı” mükafatına namizədlər arasında

PSJ-nin hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya “GQ France” jurnalının təqdim etdiyi ənənəvi “İlin adamı” mükafatına layiq görülən şəxslər siyahısına daxil edilib. Newsport.az xəbər verir ki, yekun siyahıda idman, kino və musiqi dünyasını təmsil edən səkkiz nəfərin adı yer alıb. 
 
Mükafatlandırma mərasimi noyabrın 18-də Parisdə keçiriləcək.
 
“GQ France” nəşri sosial şəbəkə hesablarında gürcü futbolçunun uğurlarını xüsusi vurğulayıb:
 
“2025/2026 mövsümündə UEFA Çempionlar Liqasının ən yaxşı oyunçusu seçilən Xviça Kvaratsxeliya PSJ-nin ardıcıl ikinci dəfə Avropa çempionu olmasında əsas rol oynayan futbolçulardan biridir. Bu gün gürcü yarımmüdafiəçi milli qürur mənbəyi və Avropa futbolunun ən parlaq ulduzlarından biridir”.
 
Qeyd edək ki, 2026-cı ildə “GQ France” tərəfindən “İlin adamı” mükafatına layiq görülənlər arasında Kvaratsxeliya ilə yanaşı, fransalı MMA döyüşçüsü Salahdin Parnass da var.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right