“Real” 16 yaşlı futbolçu üçün 360 min avro ödəyəcək

“Mançester Yunayted”in 16 yaşlı hücumçusu Cey-Cey Qabriel karyerasını Madrid “Real”ında davam etdirəcək. Newsport.az xəbər verir ki, Madrid klubu gənc futbolçu ilə üçillik müqavilə imzalamağa hazırlaşır.
 
“El Chiringuito” nəşrinin məlumatına görə, “Mançester Yunayted” futbolçunun yetişdirilməsinə və inkişafına görə kompensasiya olaraq 360 min avro əldə edəcək.
 
Mənbənin bildirdiyinə görə, Qabriel yanvar ayına qədər “Real Madrid Kastilya”nın heyətində çıxış edə bilməyəcək. Həmin müddətdə o, Madrid klubunun gənclər komandasında forma geyinəcək.
 
Daha əvvəl yayılan xəbərlərdə 16 yaşlı hücumçunun yeni klubundan illik ən azı 1 milyon avro maaş tələb etdiyi bildirilirdi. Gənc futbolçu ilə “Barselona”, “Bavariya” və PSJ də maraqlanıb.
Hazırda Qabriel rəsmi olaraq “Mançester Yunayted”in futbolçusu hesab olunur. Bununla belə, o və ailəsi daha əvvəl klub rəhbərliyinə ayrılmaq üçün müraciət edib. Buna səbəb kimi gənc hücumçunun əsas komandadakı gələcək rolu ilə bağlı yaranan fikir ayrılıqları göstərilir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right