UEFA-dan Fiquya prezidentlik təklifi

UEFA, Canni İnfantino ilə FİFA prezidentliyi uğrunda rəqabət apara biləcək namizəd axtarır.

Newsport.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, bu posta mümkün namizədlərdən biri kimi portuqaliyalı sabiq futbolçu Luiş Fiqunun da adı hallanır.

UEFA-nın bir sıra rəhbər şəxsləri hazırda qurumda müşavir vəzifəsində çalışan Fiqunu namizədliyini irəli sürməyə çağırır. Sabiq futbolçu UEFA rəsmilərinin bir çoxunun dəstəyinə malikdir.

Bununla belə, onun seçkilərdə iştirak etmək ehtimalı Avropa futbol qurumunda birmənalı qarşılanmır. Fiqunun namizədliyi ilə bağlı UEFA daxilində hələlik vahid mövqe yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right