AVF rəsmisi Zöhrab Gözəlbəyli Çelenc Kubokunun oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.

Bu barədə Newsport.az-a AVF-dən məlumat verilib.

O, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən kişi voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/32 final mərhələsinin qarşılaşmasına supervayzer təyin olunub.

Noyabrın 18-də Yunanıstanda keçiriləcək oyunda yerli "OFI Crete" komandası Almaniyanın "Helios Grizzlys Gıesen" klubu ilə üz-üzə gələcəklər.

Qarşılaşmanı türkiyəli Meryem Tekol Pelenk və serbiyalı Aleksandra Balanziç idarə edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right