Misli Premyer Liqasının XII turunda "Neftçi" ilə qarşılaşacaq "Araz-Naxçıvan" məşqlərini davam etdirir.
Newsport.az xəbər verir ki, zədəli olduğuna görə ötən tur meydana çıxmayan futbolçulardan Alberto Fernandes məşqlərə başlayıb, Mustafa Əhmədzadə isə fərdi olaraq fiziki hazırlıq üzrə məşqçinin tapşırıqlarını icra edib. Millinin düşərgəsində olan Ağadadaş Salyanski komandaya sabah qoşulacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Neftçi" qarşılaşması noyabrın 22-də Şamaxı şəhər stadionunda keçiriləcək və saat 14:30-da start götürəcək.
























