"Bavariya"nın futbolçusu Alfonso Deyvis zədələnib

"Bavariya"nın futbolçusu Alfonso Deyvis Kanada millisinin heyətində zədələnib.

Newsport.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı oyunçunun sol budunun arxa əzələsində yüngül yırtıq aşkarlanıb.

O, şənbə günü yığmanın səfərdə Qvatemalaya 3:2 hesabı ilə qalib gəldiyi matçda xəsarət alıb.

Klubun tibbi heyətinin müayinəsindən sonra təsdiqlənən diaqnoza əsasən, idmançı bir müddət yaşıl meydanlardan kənarda qalacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right