Millimiz Oman yığmasına qalib gəldi Yenilənib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirib.

Newsport.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Omanın U-21 seçməsi ilə üz-üzə gəlib. "Bank Respublika Arena"da keçirilən qarşılaşma komandamızın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamızın qollarını Elgün Dünyamalıyev, Əli Xəlilov, İlkin Cəfərli və Niyazi Osmanov vurublar.

Qeyd edək ki, bu komandalar arasında üç əvvəl keçirilən görüş Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right