“Günbəgün inkişaf edirik” – Azərbaycanın U-20 millisinin baş məşqçisi

Azərbaycanın futbol üzrə U-20 millisi bu gün yoxlama oyunu çərçivəsində İraqın U-20 yığmasını qəbul edib.

Newsport.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra Azərbaycan millisinin baş məşqçisi Ruy Jorjenin mətbuat konfransı keçirilib. Portuqaliyalı mütəxəssis oyunçularından çox məmnun olduğunu bildirib:

“Bəzi məqamlarda keyfiyyətli oyun oldu. Deyərdim ki, oyunboyu müdafiədə inamlı çıxış etdik. Top bir az ləng hərəkət edirdi. Buna baxmayaraq, ilk hissədə üç təhlükəli epizod yaratdıq. Həmin vəziyyətlərdə daha yaxşı oynaya bilərdik. Digər tərəfdən, külək amili var idi. Bu da hər iki komandanın çıxışına təsir edirdi.

Oyunçulardan çox məmnunam, tələblərimə yaxşı cavab verirlər. Məqsədimiz daha da inkişaf etməkdir. Ümumi olaraq, komandamdan razıyam. Hamı istəyir ki, bu komandada olmaq üçün özünü sübut etsin.

Komanda heç də pis çıxış etmir. Hücum fazasında daha da artırmaq, daha keyfiyyətli olmaq istəyir. Günbəgün inkişaf edirik.

Bütün oyunçuları yaxından izləyirəm. Hansı ki, yaş qrupları U-20-də çıxış etməyə imkan verir, hamısını izləyirəm. Kimlər ki, bu gün buradadır, deməli, layiqdirlər.

Mənim işim digər məşqçilərin işinə müdaxilə etmək deyil. “Neftçi”nin, “Sabah”ın əvəzedicilərinin baş məşqçiləri ilə danışıqlarımız olur. Əlbəttə, oyunçuları müzakirə edirik. Amma mənim işim onlara müdaxilə etmək deyil. Həmçinin, onlar da mənim işimə qarışmır”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right