Qazaxıstan millisinin baş məşqçisi Con vant Sxip komandadan ayrılıb.
Newsport.az “Sports.kz"a istinadən xəbər verir ki, Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti xəbəri təsdiqləyib.
Federasiyadan bildirilib ki, bu, istefa deyil. Tərəflər müqavilənin müddəti başa çatdıqdan sonra onu yeniləməmək barədə razılığa gəliblər.
Qeyd edək ki, 2026-cı ilin avqustunda millini çalışdıran niderlandlı mütəxəssisin rəhbərliyi altında komanda Millətlər Liqasının C Liqasının 3-cü qrupunda 6 oyun keçirib. Qazaxıstan millisi 3 heç-heçə və 3 məğlubiyyətlə 3 xal toplayıb və qrupu sonuncu – 4-cü pillədə başa vurub. Komanda bu nəticə ilə B Liqasına qayıtmaq vəzifəsinin öhdəsindən gələ bilməyib.