Niderland millisinin baş məşqçisi Xavi komandasının UEFA Millətlər Liqasında Almaniyaya qarşı keçirdiyi matçdakı məğlubiyyətini (0:5) şərh edib.
Newsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis ruhdan düşdüyünü deyib:
"Nəticə çox ağırdır, məyusam və ruhdan düşmüşəm. Çünki indiyə qədər komandamla qürur duyurdum. Lakin bu oyun məni şoka saldı. Yenidənqurmaya başlayacağıq. Soyunub-geyinmə otağında da burada danışdığım kimi danışdım. Hər bir vəziyyəti təhlil etməyə çalışıram. Necə var, elədir, lakin bunu qəbul etmək olmaz. Bu gündən etibarən çox şeyi dəyişməli olacağıq. Bu, rüsvayçılıqdır.
Baş verənlərin səbəblərini öyrənmək üçün futbolçularla danışdım. İlk növbədə, azarkeşlərdən üzr istəməliyik. Biz nə futbol, nə də xarakter nümayiş etdirdik. Bunu izah edə bilmirəm. Yunanıstanla tarixi bir görüş (7:0) keçirdik. İndi isə hər şey tamamilə fərqli idi. Bəlkə də ona görə ki, komanda ilə yaxın dövrdə işləyirəm və oyunçuları hələ yaxşı tanımıram. Ola bilər ki, lazımi köklənmə çatışmadı".