İrlandiyalı boksçu başından aldığı zədədən sonra vəfat etdi

İrlandiyalı boksçu Li Rivz 31 yaşında vəfat edib.

“The Ring” nəşrinin məlumatına görə, idmançı həmyerlisi Qari Kelli ilə döyüş zamanı aldığı ağır kəllə-beyin travmasından sonra həyatını itirib.

Döyüş 2026-cı il avqustun 1-də Dublində keçirilib. Rivz 10-cu raundda iki dəfə nokdauna düşüb və daha sonra huşunu itirib. Boksçu xərəkdə rinqdən çıxarılaraq xəstəxanaya çatdırılıb və orada təcili əməliyyat olunub.

İrlandiyalı üç ay ərzində süni komada qalıb. Oktyabrda o, Dublindəki xəstəxanadan doğulduğu Limerik şəhərindəki tibb müəssisəsinə köçürülüb. İrlandiya mediasının məlumatına görə, son günlərdə onda yaranan infeksiya vəziyyətini daha da ağırlaşdırıb. Rivz noyabrın 16-da dünyasını dəyişib.

Peşəkar karyerası ərzində 18 döyüş keçirən boksçu 16 qələbə qazanıb, 2 dəfə məğlub olub. Qələbələrinin 11-ni nokautla əldə edib. Peşəkar boksa keçməzdən əvvəl isə beş dəfə İrlandiya həvəskarlar arasında çempion olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right