Super Liqada ən çox zərər edən klub “Qalatasaray”

Avropanın aparıcı futbol liqalarının son 5 ildəki transfer gəlir və xərcləri ilə bağlı araşdırma Türkiyə Super Liqasının ciddi zərərlə üzləşdiyini ortaya qoyub.

“Hürriyet”in “Transfermarkt”ın məlumatları əsasında apardığı araşdırmaya görə, Türkiyə çempionatı transfer balansında Avropada İngiltərə və İtaliyadan sonra üçüncü yerdədir.

Son 5 ildə Super Liqa klublarının transferlər üzrə ümumi zərəri 687 milyon avro təşkil edib. Bu göstəricidə İngiltərə Premyer Liqası 6 milyard 790 milyon avro ilə birinci, İtaliya A Seriyası isə 961 milyon avro ilə ikinci olub.

Araşdırmaya daxil edilən 10 liqadan yalnız 4-ü zərərlə üzləşib, digər 6-sı isə transferlərdən gəlir əldə edib. Portuqaliya çempionatı 1,14 milyard avro ilə ən çox qazanc götürən liqa olub.

Fransa, Niderland və Almaniya çempionatları da müsbət transfer balansına malikdir. İspaniya La Liqası isə 44 milyon avro gəlirlə siyahının sonuncu pilləsində qərarlaşıb.

Super Liqada ən çox zərər edən klub “Qalatasaray”dır. İstanbul təmsilçisinin mənfi balansı 245 milyon avro təşkil edir. “Fənərbağça” 185,26 milyon, “Beşiktaş” 169,61 milyon, “Trabzonspor” isə 42,36 milyon avro zərərlə növbəti yerləri tutur.

Türkiyədə müsbət transfer balansına malik klublar arasında isə “Göztəpə” 16,77 milyon avro ilə liderdir. Avropada ən çox transfer zərəri edən klub İngiltərənin “Tottenhem” komandasıdır – 811 milyon avro. Ən çox qazanc əldə edən klublar arasında isə Fransanın “Lill” komandası 306,5 milyon avro ilə ilk sıradadır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right