Ronaldonun oğlu U-17 millisində debüt etdi

Ulduz futbolçu Kriştiano Ronaldonun oğlu Kriştiano Ronaldo Junior Portuqaliyanın U-17 millisində ilk oyununa çıxıb.

Newsport.az xəbər verir ki, 16 yaşlı hücumçu 2027-ci il Avropa çempionatının seçmə mərhələsində Andorra ilə keçirilən görüşdə meydana çıxıb. Portuqaliya yığması rəqibini 4:0 hesabı ilə məğlub edib.

Ronaldo Junior oyuna 73-cü dəqiqədə, hesab 4:0 olarkən daxil olub. O, debütünü qolla qeyd etməyə də yaxın olub. Belə ki, futbolçu 88-ci dəqiqədə cinahdan ötürməni baş zərbəsi ilə qapıya göndərsə də, top az fərqlə qapıdan kənara çıxıb.

Qeyd edək ki, Ronaldo Junior daha əvvəl Portuqaliyanın U-15 və U-16 yığmalarında da oynayıb. O, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun akademiyasında çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right