Vinisiusun etirafı: “Müqavilə məsələlərinin uzanması təsirsiz ötüşmədi”

Vunusius Junior mövsümün əvvəlindəki zəif çıxışının səbəbini açıqlayıb. Brazilya yığmasının düşərgəsində olan hücumçu bunun müqavilə məsələləri ilə bağlı ola biləcəyini istisna etməyib.

Newsport.az xəbər verir ki, Vinisius çoxsaylı təkliflər aldığını təsdiqləyib: “Bəlkə də “Real”la yeni müqavilə məsələlərinin uzanması təsirsiz ötüşmədi. Keçən yay bir çox klub da təklif göndərmişdi və bu durum məni tamamilə məşğul etdi. Lakin mövsüm uzundur və vəziyyəti düzəldəcəm”.

Hücumçu inkişafa davam etmək niyyətindədir: “Hazırlaşıram və özümü inkişaf etdirirəm. Mövsümün həlledici anı gələndə yenə səhnədə olacam”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right