Ançelotti: “Romario çox danışır”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Yaponiya ilə yoldaşlıq oyununda 2:3 hesablı məğlubiyyətdən sonra Romarionun ünvanına səsləndirdiyi tənqidlərə cavab verib.

Braziliya millisinin sabiq hücumçusu sosial şəbəkə hesabında italiyalı mütəxəssisə istefa verməyi məsləhət görüb. O, Ançelottinin klub səviyyəsində böyük uğurlar qazandığını, lakin Braziliya millisində hələ özünü doğrultmadığını bildirib.

Ançelotti isə Romarionun fikirlərinə hörmətlə yanaşdığını deyib: “Bu, fikir azadlığıdır. Demokratik ölkədə hər kəs öz düşüncəsini ifadə etmək hüququna malikdir. Romario öz fikrini bildirib. Hər kəs doğru, yalan və ya cəfəngiyat ola biləcək sözlər söyləməkdə sərbəstdir. Fakt budur ki, Romario çox danışır və bu, onun hüququdur”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right