Klopp: “Blatterdən sonra daha pis ola bilməz deyirdik”

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp FİFA prezidenti Canni İnfantinonun fəaliyyətini kəskin tənqid edib. Newsport.az xəbər verir ki, 59 yaşlı mütəxəssis futbolun ali idarəetmə orqanında rəhbər dəyişikliyinin vacib olduğunu bildirib.

Klopp Berlində Almaniya millisinin Niderlandla keçirəcəyi UEFA Millətlər Liqası matçı öncəsi mətbuat konfransında bu barədə danışıb.

“Düşünürəm ki, hazırda hamı rəhbərliyin dəyişməsinin məntiqli olacağı qənaətindədir. Sepp Blatterdən sonra vəziyyətin daha da pisləşə biləcəyini düşünmürdük, amma kimsə bunu bacardı”, – deyə almaniyalı mütəxəssis bildirib.

Klopp növbəti FİFA prezidentinin futbolun gələcəyini şəxsi və maliyyə maraqlarından üstün tutmalı olduğunu vurğulayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right