“Qızıl top”u qazanmağa layiq olan şəxs Keyn idi”

“Arsenal”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays, yığmada komanda yoldaşı olan “Bayern”in hücumçusu Harri Keynin “qızıl top” mükafatına layiq olduğunu düşünür.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu, Lamin Yamalın istedadını yüksək qiymətləndirsə də, builki mükafatın Keynin haqqı olduğunu deyib: 

“Lamin Yamal gələcəkdə daha çox “qızıl top” qazanacaq. O, inanılmaz futbolçudur. Lakin mənim fikrimcə, bu dəfə mükafatı qazanmağa layiq olan şəxs Harri Keyn idi”.

Keyn karyerasında ilk dəfə “qızıl top” mükafatına layiq görülüb. “Real”ın hücumçusu Kilian Mbappe səsvermədə ikinci, “Barselona”nın vingeri Lamin Yamal isə üçüncü yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right