Niderland klubu De Bruyne üçün rəsmi danışıqlara başlayıb

“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını Niderlandda davam etdirə bilər.

Newsport.az “Sky Sport”-a istinadən xəbər verir ki, PSV 35 yaşlı futbolçunun mümkün transferinə görə İtaliya klubu ilə rəsmi danışıqlara başlayıb. Son günlər tərəflər arasında müntəzəm əlaqə saxlanılır və transferin məbləği ilə bağlı razılıq əldə etməyə çalışırlar.

De Bruyne özü də “Napoli”dən ayrılmaqda israrlıdır. Ancaq Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentis futbolçunu ucuz qiymətə satmaq niyyətində deyil.

Belçikalı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Napoli” ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right